AZ

İki təyyarə havada toqquşdu

ABŞ-nin Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

"NBC News"-un Morgan bölgəsi Şerif İdarəsinə istinadən verdiyi xəbərə görə, eyni anda Fort Morgan Hava Limanına enməyə çalışan iki kiçik təyyarə havada toqquşub.

"Cebheinfo.az" xəbər verir ki, rəsmilər hər iki təyyarədə iki nəfərin olduğunu bildirərək, qəza nəticəsində bir nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını açıqlayıblar.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmaya başlayıb.

Seçilən
59
1
cebheinfo.az

2Mənbələr