AZ

Husilər Qırmızı dənizdə İsrailin neft tankerini vurdular

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Qırmızı dənizdə İsrailə məxsus olduğunu güman etdikləri "Scarlet Ray" neft tankerinə raket zərbəsi endiriblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, üsyançıların yaratdığı Silahlı Qüvvələrin nümayəndəsi Yəhya Sariya hədəfin vurulduğunu iddia edir.

"Yəmən Silahlı Qüvvələrinin hərbi-dəniz qüvvələri hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı onlar Qırmızı dənizin şimal hissəsində İsrailin "Scarlet Ray" neft tankerinə ballistik raketlə hücum ediblər", - deyə Sariya bildirib.

Onun sözlərinə görə, gəmi birbaşa zərbə ilə vurulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
oxu.az

1Mənbələr