AZ

Ana-atasız uşağa işgəncələr verilib?

11:36 01.09.2025
11:36 01.09.2025

Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır.

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Report"a bildirib ki, azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər:

"Uşağın atası və anası vəfat edib, xalası ilə yaşayır. Artıq polis əməkdaşları ilə də əlaqə saxlanılıb. Rayon icra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları hazırda hadisə yerinə gedirlər. Ətraflı məlumat veriləcək". 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Seçilən
76
mynews.az

1Mənbələr