Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş (“Cortex XDR Pro+TH (3 years)”) antivirusların alınmasına 63 759 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, vəsait xidməti Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti göstərdiyinə görə həmin quruma köçürüləcək.
Nazirlik və Xidmət arasında müvafiq müqavilə bağlanıb.
Cabir
Tarix: 1 Sentyabr 2025, 11:34