BAKI, 1 sentyabr. TELEQRAF
Yəmənin “Ənsarallah” Hərəkatı (husilər) Qırmızı dənizdə İsrailə məxsus “Scarlet Ray” neft tankerinə raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya məlumat verib.
Husilərin sözçüsü hədəfin uğurla vurulduğunu iddia edib.
“Yəmən donanması Qırmızı dənizin şimalında İsrailin neft tankeri “Scarlet Ray”ə ballistik raket hücumu həyata keçirib”, – Sariya bildirib.