AZ

Lionel Messi boş qapını hədəf ala bilmədi, komandası kubokun finalında məğlub oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də keçirilən kubok matçının finalında gözlənilməz nəticə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, "Saunders" komandası "İnter Mayami" üzərində 3:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub.
Oyunun gedişində Lionel Messinin ön plana çıxacağı gözlənilsə də, Argentina ulduzu yaddaqalan epizodlardan birində boş qapını dəqiq nişan ala bilməyib. Bu məqam həm meydanda, həm də tribunada ciddi təəccüb doğurub.
"Saunders" isə daha intizamlı və sürətli oyunu ilə rəqibini cəzalandırıb. ABŞ təmsilçisi ilk hissədə hesabı açıb, ikinci yarıda isə üstünlüyünü daha da artıraraq qələbəni böyükhesablı edib.
Beləliklə, "İnter Mayami"nin dünya ulduzları ilə zəngin heyəti məğlubiyyətə uğrayarkən, "Saunders" mövsümün ən böyük uğuruna imza atıb və kuboku başı üzərinə qaldırıb.
Seçilən
59
50
oxu.az

10Mənbələr