AZ

Venesueladan ABŞ-a savaş təhdidi: "Ən böyük kabusunuz olarıq"

"Öz problemlərinizlə məşğul olun, onları həll edin. Əsas da bizim ölkənin sahillərindən uzaq durun. Venesuela düşündüyünüz ölkə deyil. Əgər ABŞ bizə - bir Cənubi Amerika ölkəsinə hücuma cəhd edərsə, onların ən böyük kabusu olacağıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu təhdidi Venesuelanın vitse-prezidenti və neft naziri Delcy Rodriguez Carabobo əyalətində çıxış edərkən deyib.

O, ABŞ hökumətinin ölkəsinin sahillərinə yaxın əraziyə - Karib dənizinə hərbi gəmilər göndərərək düşmənçiliki etdiyini bildirib: "ABŞ Venesuelanın nəhəng enerji qaynaqlarını ələ keçirmək niyyətindədir. Onların çox aydın şəkildə anlamaları lazımdır: ABŞ təbiəti istismar edən imperialist və ekspansionist sistemin məhsulu olan bir ölkədir. Digər ölkələri də öz müstəmləkələri kimi görür. Bu gün o ölkədə dəhşətli sosial, iqtisadi və siyasi problemlər yaşanır. Vaşinqton bu problemlərdən ölkə vətəndaşlarının diqqətini yayındırmaq üçün Venesuela hökumətinin "narko-terror dövləti" epiteti vurmağa can atır. Bz bu çirkin iddiaları rədd edirik. Bu, böyük saxtakarlıq və əxlaqsızlıqdır. Bu, tarixin ən böyük yalan və böhtanlarından biridir".

Firudin Səfəri
MİA.AZ

Seçilən
82
1
mia.az

2Mənbələr