AZ

Şahzadə Diananın qətlini onlar təşkil edib

Tanınmış britaniyalı kral ailəsi üzrə ekspert Tom Sayks iddia edir ki, şahzadə Diananın ölümü Britaniya xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Daily Beast nəşri məlumat yayıb.

1997-ci il 31 avqustda şahzadə Diana və milyarder Dodi Əl-Fayed Parisdə avtomobil qəzasında həlak olublar. Rəsmi versiyaya görə, onların avtomobilini paparassilər izləyib, sürücü yüksək sürətlə onlardan qaçmağa çalışarkən idarəetməni itirib və körpü dayağına çırpılıb.

Sayks rəsmi izahatda bir çox uyğunsuzluqlar olduğunu düşünür. Onun fikrincə, sürücünün qanında qeyri-adi yüksək miqdarda karbonmonoksid olması, hadisə yerindəki bütün 10 müşahidə kamerasının ya söndürülməsi, ya da başqa istiqamətə yönəldilməsi və Diananın cəsədinin bir neçə saat ərzində tez bir zamanda mumiyalanması şübhə doğurur.

Sayksın diqqətini çəkən başqa bir detal "Fiat Uno" markalı avtomobillə bağlıdır. Rəsmi versiyaya görə, bu avtomobili paparassilərdən biri - fotoqraf Ceyms Endenson idarə edib. Lakin bu təsdiqlənə bilməz, çünki 2000-ci ildə onun qalıqları yanmış avtomobildə tapılıb və ölüm səbəbi intihar kimi qiymətləndirilib.

Sayks hesab edir ki, əslində "Fiat Uno"nun sükanı arxasında Britaniya xüsusi xidmət orqanlarının agenti olub və məqsədli şəkildə Diananın avtomobilini körpü dayağına yönəldib və ora çırılıb.

Seçilən
27
publika.az

1Mənbələr