AZ

Ağır xəstəliklə mübarizə aparan aktrisa 39 yaşında öldü

Məşhur hind aktrisası Priya Marathe iki ildir xərçənglə mübarizə apardıqdan sonra 39 yaşında Mumbayda vəfat edib.

Publika.az "Mint" portalına istinadla xəbər verir ki, kino ulduzunun ürəyi 31 avqust səhəri onun Mira Roaddakı evində dayanıb.

Priya ağır xəstəliyə baxmayaraq, son günlərinə qədər işləməyə davam edib.

Aktrisanın həmkarları və dostları dərin hüznlə başsağlığı veriblər.

“Müqəddəs əlaqələr” serialında Priya ilə birgə rol alan Uşa Nadkarni bildirib ki, onu xəstəlik zamanı ziyarət etmək istəyib, lakin mərhumun həyat yoldaşı, aktyor Şantanu Moge buna icazə verməyib. Şantanu izah edib ki, Priya kimyaterapiyadan sonra saçlarını itirdiyi üçün çox narahat idi və görünüşündən utanırdı.

Seçilən
48
publika.az

1Mənbələr