Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Şaxtyor" klubunun və Ukrayna yığmasının yarımmüdafiəçisi Georgi Sudakov Portuqaliyanın "Benfika" klubuna keçib.
Oxu.Az bu barədə Lissabon təmsilçisinin saytına istinadla xəbər verir.
O, "Benfika"da birillik icarə əsasında çıxış edəcək. İcarənin dəyəri 6,75 milyon avro təşkil edir.
Tərəflər arasında imzalanmış müqavilədə "Benfika"nın Sudakovu 20,25 milyon avroya almaq seçimi və 5 milyon avro həcmində potensial bonuslar nəzərdə tutulub.
Sudakov Portuqaliya klubunda 10 nömrəli formanı geyinəcək. O, "Fənərbağça"ya transfer olunmuş Kerem Aktürkoğlunun mövqeyində oynayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.