AZ

KİV: Husilər BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşını saxlayıblar

"Ənsar Allah" (husilər) qiyamçı hərəkatının təhlükəsizlik qüvvələri Yəmənin paytaxtı Sənada BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşını saxlayıb...

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) humanitar təşkilatın bəyanatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, yerli təhlükəsizlik qüvvələri BMT-nin Ümumdünya Ərzaq Proqramının Sənadakı ofislərində axtarışlar aparıb və işçilərdən birini saxlayıb. BMT agentliyinin nümayəndələri Yəmənin digər bölgələrində də həmkarlarının saxlanması barədə məlumat alıblar.

BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşının saxlanması İsrailin "Ənsar Allah" lideri Əbdülməlik əl-Husinin çıxışı zamanı husilərin nəzarətində olan Sənadakı hədəfləri vurmasından bir neçə gün sonra baş verib.

Poliqon.info

Seçilən
22
5
poliqon.info

7Mənbələr