Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli zədələnib.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu bu səbəbdən komandasının bu gün 2-ci Bundesliqanın V turunda “Darmştadt”a qarşı keçirəcəyi matçda iştirak etməyəcək. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukrayna ilə keçiriləcək oyunlar üçün Azərbaycan yığmasının heyətinə çağırılıb. Hücumçunun zədəsinə görə milli komandadan kənarlaşdırılıb-kənarlaşdırılmayacağı isə hələlik məlum deyil.