AZ

"Qarabağ"ın rəqibi klub tarixinin transfer rekordunu reallaşdırdı

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi "Benfika" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı Portuqaliya klubunun mətbuat xidməti yayıb. 

"Benfika" "Şaxtyor Donetsk"un yarımmüdafiəçisi Georgi Sudakovu aldığını açıqlayıb. Müqavilə "27+5" milyon avroya reallaşdırılıb. Bonusları nəzərə alsaq, bu, "Benfika" tarixində ən bahalı alışdır.



22 yaşlı futbolçuya əfsanəvi Eysebionun keçən əsrdə "Benfika"da geyindiyi 10 nömrəli forma təqdim olunub.

Ukrayna millisinin oyunçusu bütün karyerasını “Şaxtyor”da keçirib.

O, Donetsk klubunda 147 matça çıxaraq 35 qol vurub, 26 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində ilk oyununu məhz "Benfika"ya qarşı keçirəcək. Oyun 16 sentyabrda Portuqaliyada baş tutacaq.

Seçilən
57
1
fanat.az

2Mənbələr