AZ

Rüfət Abdullazadə qol ötürməsi etdi, komandası "Dinamo Zaqreb"i büdrətdi

Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” Xorvatiya çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 5-ci tur çərçivəsində lider Zaqreb "Dinamo"su ilə qarşılaşıb. 

"Varajdin" evdə 2:2 hesablı bərabərliyə nail olub.

46-cı dəqiqədə meydana daxil olan Rüfət qol ötürməsi verib. O, 52-ci dəqiqədə komandasının vurduğu ilk qolda assist edib. Bu, yayda "Dinamo"ya keçən Rüfətin Xorvatiya çempionatında 3-cü oyunudur. 

Qeyd edək ki, “Varajdin” 5 turdan sonra 6 xalla 4-cü sıradadır.

Seçilən
78
1
fanat.az

2Mənbələr