Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Bu gün isə Rusiya prezidenti Vladimir Putin də Çinə gedir. Musavat.com “Svobodnaya pressa”ya istinadən yazır ki, Putinin bir sıra ikitərəfli görüşləri planlaşdırılır. Bu kontekstdə Rusiya nəşri də əsas diqqəti İlham Əliyevlə Putinin görüşünün olub-olmasına yönəldib. Dmitri Peskova bu barədə suala birmənalı cavab verməyib. “Vladimir Putin və İlham Əliyev arasında Pekində ikitərəfli görüşlə bağlı xüsusi razılıq yoxdur, lakin hər iki ölkənin liderləri İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı şənliklərdə iştirak edəcəklər, ona görə də “hər şey mümkündür”, – deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib: “İstək olarsa, bu da olacaq”.
“SP” Azərbaycana və Prezident İlham Əliyevə qərəzlərini gizlədə bilməyiblər. İddia olunur ki, guya Azərbaycan Rusiyaya qarşı sərt ritorika nümayiş etdirir, Moskva isə “körpüləri yandırmır, hələ də normal münasibətlərə qayıtmağın mümkün olduğuna ümid edir”. Nəşr Putinin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrikini “münasibətlərdəki yumşalmanın siqnalı” kimi qəbul olunduğunu yazır.
Amma ardınca nəşr yenə də anti-Azərbaycan mövqeyə qayıdaraq, bu həftə Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stiven Dotin Bakıya səfərinə diqqət çəkir. “Londondan gələn qonağı səmimi qarşıladılar. Onu Prezident qəbul edib, ölkələr arasında münasibətlərin yaxşı getdiyini və daha da yaxşılaşacağını bildirib” deyə, yazır.
Nəşr britaniyalı nazirin Prezident Əliyevə İngiltərə yığmasının formasını hədiyyə etməsindən də “uzaqgedən nəticələr” çıxarıb. “SP”-ya görə, Rusiyaya qarşı keçirilən “Böyük oyun”da britaniyalılar “Zaqafqaziya komandası”na stavka edirlər”. O da bildirilir ki, britaniyalı nazir Bakıdan sonra getdiyi İrəvanda Paşinyana heç bir köynək hədiyyə almayıb.
Görüşə gəlincə, Böyük Britaniya və Ermənistan arasında əməkdaşlığın səviyyəsi strateji səviyyəyə qaldırılacaq, Musavat.com