AZ

Ali Radanın keçmiş spikeri qətlə yetirilib

Ukrayna Prezidenti Andriy Parubinin öldürülməsi ilə bağlı məlumatı təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski olkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andrey Parubinin Lvovda güllələnərək qətlə yetirilməsi ilə bağlı məlumatı təsdiqləyib.

"Ukraynanın daxili işlər naziri İqor Klimenko və baş prokuror Ruslan Kravçenko Lvovda baş vermiş dəhşətli qətlin məlum ilk halları barədə indicə məlumat veriblər. Andriy Parubi vəfat edib. 

Ailəsinə və yaxınlarına başsağlığı verirəm. İstintaqa və qatilin axtarışına bütün lazımi qüvvələr və vasitələr cəlb olunub", - deyə Zelenski öz "Teleqram" kanalında yazıb.

Bundan əvvəl Ukrayna Milli Polisi Lvovda ictimai xadimin öldürüldüyü barədə məlumat yayıb: "Bu gün günorta saatlarında Lvovun Sıxov rayonunda atışma olması barədə 102-yə zəng daxil olub. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə dünyasını dəyişib. Ölən şəxsin 1971-ci il təvəllüdlü tanınmış ictimai-siyasi xadim olduğu müəyyən edilib". Öz növbəsində Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski qeyd edib ki, bütün müvafiq xidmətlər Andriy Parubini öldürən cinayətkarın axtarışına cəlb olunub.

Ukrayna mediasının şahidlərə istinadən yazdığına görə, Radanın keçmiş spikerinə atəş açandan sonra "Qlovo" xidmət kuryeri silahı çantasında gizlədib və elektrik velosipedində cinayət yerini tərk edib.

Andriy Parubi 2016-cı il aprelin 14-dən 2019-cu il avqustun 29-dək Ukrayna Ali Radasının sədri vəzifəsində çalışıb. O, 2014-cü il fevralın 27-dən avqustun 7-dək Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi olub.

Bundan əlavə, tanınmış ictimai-siyasi xadim 2014-cü il dekabrın 4-dən 2016-cı il aprelin 14-dək Ukrayna Ali Radası sədrinin birinci müavini, 2007-ci il dekabrın 25-dən 2025-ci il avqustun 30-dək isə xalq deputatı vəzifəsini tutub.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr