AZ

Bolqarçayın ətrafında növbəti təmizlik və abadlıq işləri aparılıb

Biləsuvarda ekoloji mühitin qorunması, ətraf mühitin sağlamlaşdırılması və əhalinin istirahəti üçün əlverişli şəraitin yaradılması məqsədilə ardıcıl tədbirlər keçirilir.

Belə növbəti tədbir rayon icra hakimiyyətinin təşkilatçılığı,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan-Salyan Regional İdarəsinin, Biləsuvar Gənclər Evinin, Kommunal Müəssisələr Kombinatının və "DOST" xidməti əməkdaşlarının iştirakı ilə  Bolqarçayın ətrafında keçirilmişdir. Təmizlik aksiyasında çayın sahilboyu hissəsinə atılan məişət tullantıları və digər zibillər toplanaraq ərazidən daşınmışdır. Onu da qeyd edək ki, çayın sahillərinin təmizliyi zamanı istifadə olunan texnikalar Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmişdir.

Bu cür tədbirlərin mütəmadi olaraq həyata keçirilməsində məqsəd həm Bolqarçayın təmiz və səliqəli saxlanması, həm də  çay ətrafında yaşayan sakinlərin bu sahədə maarifləndirilməsidir.

"Azərbaycan"

Seçilən
11
1
azerbaijan-news.az

2Mənbələr