AZ

Putin köçəri quşlarla bağlı göstərişlər verdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası tərəfindən Ramsar Konvensiyasının denonsasiyasından sonra köçəri su quşlarının mühafizəsi üzrə əməkdaşlıq məsələlərinin milli və ikitərəfli səviyyədə həll edilməsi barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş təlimatlar siyahısında deyilir.

Sənədə əsasən, Rusiya Xarici İşlər Nazirliyi oktyabr ayına qədər “Konvensiyaya üzv dövlətləri onun Rusiya Federasiyası tərəfindən denonsasiyasının səbəbləri haqqında məlumatlandırmalı”, habelə Moskvanın ölkə səviyyəsində köçəri su quşlarını mühafizəsini davam etdirəcəyi barədə məlumat verməlidir. Və hökumətə quş populyasiyasının qorunub saxlanılmasını təmin etmək üçün dekabradək konvensiyanı əvəz etmək üçün ikitərəfli sazişlərin bağlanmasına başlamaq tapşırılıb.

Bundan əlavə, siyahıda qeyd olunur ki, Nazirlər Kabineti milli səviyyədə su-bataqlıqların mühafizəsi sahəsində hüquqi tənzimləməni, bu zonaların inventarını, Rusiya Federasiyasının ərazisinə gələn su quşlarının və bu kimi obyektlərin uçotu sisteminin yaradılmasını nəzərdə tutan qanunvericiliyə dəyişikliklər edilməsini təmin etməlidir.

Seçilən
210
1
publika.az

10Mənbələr