BAKI, 30 avqust. TELEQRAF
Avropa Şurasının 53 yaşlı baş katibi Alain Berse xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın saytında məlumat verilib .
"Onun vəziyyəti qorxulu deyil, lakin hər ehtimala görə o, bir neçə gün həkim nəzarəti altında qalacaq", - press-relizdə deyilir.
Bildirilir ki, xəstəxanaya yerləşdirildiyi üçün Alain Bersenin Strateji Forumda iştirakı ləğv edilib.
Baş katibin gələn həftə üçün nəzərdə tutulan tədbirlərdə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.