AZ

Son sutkada Qəzzada 66 fələstinli öldü, 345 nəfər yaralandı

BAKI, 30 avqust. TELEQRAF

İsrailin davam edən hücumları nəticəsində son 24 saatda Qəzza zolağındakı xəstəxanalara həyatını itirən 66 fələstinli gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 345 yaralı xəstəxanalara çatdırılıb.

İsrail hücumlarında həyatını itirənlərin ümumi statistikasında məlumatı tamamlanmış və Ədliyyə Komitəsi tərəfindən ölümləri təsdiqlənən daha 280 fələstinli var.

İsrail ordusunun atəşkəsi pozmasından sonra martın 18-dən etibarən Qəzzada başlatdığı hücumlarda 11 min 240 fələstinlinin həyatını itirdiyi, 47 min 794 nəfərin isə yaralandığı bildirilib.

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 63 min 371, yaralı sayının isə 159 min 835 nəfərə yüksəlib.

Seçilən
313
12
teleqraf.com

10Mənbələr