24 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünya reytinqində 7-ci yer tutan serbiyalı tennisçi Novak Cokoviç US Open 2025-in üçüncü turunda Böyük Britaniya təmsilçisi Kemeron Norri ilə üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli tennisçi rəqibini 6:4, 6:7 (4:7), 6:2, 6:3 hesabı ilə məğlub edib.
Cokoviç qələbədən sonra "Tennis.com"a açıqlama bildirib:
“Hələ də kortda ritmimi tapmağa çalışıram. Düşünürəm ki, bu gün turnirdə ən yaxşı oyunum idi. Xidmətlərim burada ən yaxşı səviyyədə oldu. Formam əla, gənc və güclüyəm. Bu, Nyu-Yorkdur; hisslərim mükəmməl olmasa da, buranın enerjisi hər şeyi üstələyir.”
Qeyd edək ki, bu qələbə Cokoviç üçün “Böyük Dəbilqə” turnirlərində sərt səthdə ən çox qələbə qazandığı oyun kimi tarixə düşüb.