Ukrayna parlamentinin keçmiş sədri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Andrey Parubiy Lvovda qətlə yetirilib.
Ukrayna hakimiyyət orqanları kuryer geyimində bir nəəfərin Parubiyə yaxınlaşdığını və sui-qəsdi bu şəkildə həyata keçirdiyini bildirib.
Maydan hərəkatının aparıcı simalarından olan Parubiy uzun illər Ukrayna siyasətində millətçi mövqeyi ilə tanınırdı. 2016-2019-cu illərdə Ukrayna parlamentinin sədri vəzifəsində çalışmış Parubiy xüsusilə 2019-cu ildə Poroşenko-Zelenski seçkiləri zamanı Zelenski hökumətini sərt tənqid etməsi ilə tanınıb.
TAHİR