AZ

Yol əhvalatı filmində çəkilən retro avtomobilin sahibi: Baba yadigarımızdır

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Bizim maşınımız 1950-ci ilə aiddir. Məşhur filmdə də çəkilib - "Yol Əhvalatı" filmində".

Oxu.Az xəbər verir ki, bunu bulvarda keçirilən klassik avtomobillərin sərgisində retro avtomobil sahibi Elnar Sultanov deyib.

"Baba yadigarıdır, biz də onu qoruyub saxlayırıq. Hər il bu sərgidə iştirak edirik.

Avtomobilimiz Əlimizdən gəldiyi qədər onu qorumağa, retro sərgilərdə nümayiş etdirməyə çalışırıq. Avtomobilin markası "Moskvich M400"dür. Bu, 1955-ci ilin ilk "Moskvich" modelidir.

Bu il üçüncü ildir ki, retro avtomobillərin sərgisində iştirak edirik. İnşallah, bundan sonra da hər zaman belə tədbirlərdə iştirak etməyə çalışacağıq", - deyə E.Sultanov bildirib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
130
oxu.az

1Mənbələr