AZ

Ali Radanın sabiq spikeri küçədə öldürüldü - FOTO

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş sədri və Ali Radanın sabiq spikeri Andrey Parubiy Lvov şəhərində küçədə güllələnib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “X” hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, təhlükəsizlik qüvvələri qətldən sonra cinayətkarın axtarışını intensiv şəkildə davam etdirir.

Şahidlərin bildirdiyinə görə, hücum edən şəxs motosikletlə Parubiyə yaxınlaşıb və atəş açıb.

Seçilən
126
publika.az

1Mənbələr