Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Vaşinqtonda imzalanan sənəd olduqca əhəmiyyətli bir sənəddir. Bununla da hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Bununla da Ermənistanın bizə qarşı ərazi iddiaları bir dəfəlik sonlandı. Artıq tarix durduqca mənfur qonşular bizə qarşı heç vaxt ərazi iddiası qaldıra bilməyəcik. Cənab Prezidentin də qeyd etdiyi kimi əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Bu razılaşma yalnız prezidentlər arasında bir anlaşma deyil. Bu razılaşma iki dövlət arasında imzalanıb və bu o deməkdir ki, rəhbərlikdə kimin olmasından asılı olmayaraq Ermənistan daim bu razilaşmanın şərtlərinə əməl etməlidir. Əks halda nəinki regionda artıq dünyada özünə düşmənlər qazanmış olacaq. Çünki bu razılaşmanı bildiyiniz kimi dünyanın əksər inkişaf etmiş ölkələri, Avropa ölkələri dəstəklədi və öz müsbət rəyini verdi. Bu o deməkdir ki, razılaşmanın şərtləri ilə beynəlxalq aləm də tanışdır və razıdır. Bu baxımdan Cənab Prezidentin atdığı addımlar bir daha göstərdi ki, o nəinki Azərbaycana həmçinin Cənubi Qafqaza sülh, əmin amanlıq gətirdi. Bu gün Cənubi Qafqazda güc mənbəyi məhz Azərbaycandadır. Ermənistan isə hər dəfə bizim əleyhimizə atdığı addımlarda ancaq uduzmuş olacaq. Çünki bizim həm hərbi, həm də siyasi gücümüz onlardan dəfələrlə artıqdır”.