“Payız aylarından başlayaraq şəhərə ilk köçü planlaşdırırıq, Ağdama qayıdırıq”.
Redaktor.az xəbər verir ki, bu sözləri Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, vətəndaşlarımız artıq doğma dədə-baba torpaqlarına köçürlər: “Ruhlar şəhəri və Qafqazın Xirosiması adlandırılan, tamamilə dağıdılmış, viran qoyulmuş Ağdamımızda artıq belə anlara şahidlik edirik. Ağdam ətrafındakı 3 kəndə vətəndaşlarımız artıq köçüb. Şəhər bərpa olunur, infrastruktur işləri sürətlə davam edir. Ağdamda artıq avtovağzal, dəmiryolu vağzalı kompleksi də var. Bu, Ağdama olan səfərlərin daha əlverişli şəraitdə keçirilməsinə şərait yaradacaq.
Növbəti ilin sonuna qədər şəhərimizin tarixi-mədəni mərkəzi tam bərpa olunacaq. Gözəl günlər bizi gözləyir. Bu qatarla Ağdama gələndə hər dəfə yeniliklər görəcəksiniz”,- E. Hüseynov qeyd edib.