AZ

Ağdamın tarixi mərkəzi gələn ilin sonunda bərpa olunacaq

AĞDAM, 30 avqust. TELEQRAF

"2026-cı ilin sonunadək artıq Ağdam şəhərinin tarix mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək".

Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Həmçinin o əlavə edib ki, yaxın aylarda Ağdam şəhərinə ilk köçə başlanılacaq:

"Ağdam şəhərində bərpa işləri sürətlə aparılır. Şəhərdə ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq", - deyə o qeyd edib.

Seçilən
15
teleqraf.com

1Mənbələr