AZ

İlin sonunadək Azərbaycana səfərlərin 25 milyona çatacağı gözlənilir

Bu il daxili turizmdə artım olub. Ötən il Azərbaycanda daxili səfərlərin sayı 23 milyon olmuşdusa, bu il bu rəqəm artıb və ilin sonuna qədər 25 milyonu çatacağını gözləyirik. Bu göstəricinin illik orta hesabla 40%-ı, yəni 10 milyon səfər yay mövsümünə düşür.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Agentliyin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə deyib.

O bildirib ki, yay mövsümü Azərbaycanda pik mövsümdür:

“Bu mövsüm həm yerli turistlərin, həm də xarici turistlərin ən çox gəldiyi mövsümdür. İyun-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşların təxminən üçdə biri, yəni 32%-i məhz yay mövsümündə gəlir. Hazıkı statistikaya görə, 7 ay ərzində Azərbaycana təxminən 1 milyon 478 min xarici vətəndaş səfər edib. Avqust ayının statistikasında, yəni 8 ay nəticələrinə görə, biz bu rəqəmin 1 milyon 700 mini keçəcəyini gözləyirik.

Ötən illə müqayisədə təxminən 1-2% azalma var ki, bu da əsasən regionda baş verən geosiyasi dəyişiklər və münaqişələrlə bağlıdır. Bizim əsas bazarlarımız olan Rusiya və Hindistandan azalmalar ümumi göstəricilərə təzyiq göstərib”.

O qeyd edib ki, Yaxın Şərqdə olan qarşıdurma nəticəsində Azərbaycana uçuşların vaxtında uzanmalar və səfərlərdə ümumi çətinliklər yaranıb:

“Hazırda bərpa prosesi gedir ki, digər bazarların hesabına biz turizmin dayanıqlığını təmin edə bilirik. Bu bazarlar Orta Asiya, əsasən Qərbi və Şərqi Avropa bazarlarıdır”.

Seçilən
88
1
teleqraf.com

2Mənbələr