AZ

Emin Hüseynov: Bakı-Ağdam qatarının fəaliyyətə başlaması Böyük Qayıdışın çox vacib simvoldur

AĞDAM, 30 avqust. TELEQRAF

Ağdam Avtovağzal və Dəmir Yolu Vağzalının əsas özəlliklərindən biri də ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq qatar daxili platformaya daxil olur.

Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

"Burada qapalı peron var və bu da hava şəraitindən asılı olmayaraq sərnişinlərin istənilən vaxtı vağzalda qəbul olmasına şərait yaradacaq", - E. Hüseynov bildirib.

"Bu gün Bakı-Ağdam qatarı ilk dəfə fəaliyyətə başlayıb. Həqiqətən xalqımız, Azərbaycan üçün çox böyük sevicli gündür. Bu ilk qatarın fəaliyyətə başlaması həm də azad edilmiş ərazilərə Böyük Qayıdışın çox vacib bir simvoldur", - deyə o əlavə edib.

Seçilən
29
teleqraf.com

1Mənbələr