AZ

ASAN xidmət də 4 yaşlı uşağın ölümünə səbəb olan hadisə belə baş verib YENİLƏNİB (VİDEO)

ain.az, Unikal.az saytına istinadən bildirir.

Şəkidə "ASAN Xidmət"də ikinci mərtəbədən yıxılaraq həyatını itirən 4 yaşlı Mələyin dayısı hadisə barədə danışıb.

"Unikal" "Sheki.Media"ya istinadən xəbər verir ki, azyaşlının dayısı Rəşid Məmmədovun sözlərinə görə, anası Mələyi sənəd götürmək üçün "ASAN Xidmət"ə aparıb. Bədbəxt hadisəyə səbəb isə Mələyin əlinin eskalatora ilişməsi olub. Nəticədə azyaşlı yıxılaraq həyatını itirib.

Qeyd edək ki, ailə Şəkinin Suçma kəndindəndir.

*** 12:11

Şəkidə 4 yaşlı uşaq yıxılaraq ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Şəki "ASAN xidmət" mərkəzində baş verib.

Azyaşlı Mələk Nicat qızı Həbilova dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Seymur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
unikal.az

1Mənbələr