Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər lenti paylaşımları
Bugün İTV-nin 20 illiyidir…
İctimai TV Azərbaycanın Avropa Şurasına üzvlüyü üçün əsas öhdəliklərdən biri kimi yaradılıb.
Xatırlayıram, o zaman İsmayil Ömərov Qənirə Paşayevanı və məni də İTV-də işləməyə dəvət etmişdi.
Sərbəstliyim baxımından imtina etmişdim.
Etiraf edək ki, ilk dövrlərdə İTV əsl ictimai maraqlara xidmət edirdi.
Bugün İTV necə çalışır, onu hamımız bilirik.
İTV-nin tok-şouları opponentsiz olur. Alternativ fikirlər, əks arqumentlər gətirməli olan studiya qonaqları , “filankəs müəllim bayaq, çox doğru söylədi” deyib bir-birinin çıxışını dəstəkləyir.
Polemika belə olmur, bu, tok-şou deyil.
İctimai TV sosial-iqtisadi problemlərdən uzaqdır, məhkəmə-hüquq sistemindəki ədalətsizlikdən ümumiyyətlə, danışmır.
Hətta Avropa Şurasının öhdəliyi çərçivəsində yaradılan bu kanal zaman-zaman elə Avropa Şurasının özünü hədəfə alır.
İTV fərqli olmalıdır!
İTV tənqiddən qorxmamalıdır!
İTV Azərbaycanda demokratiyanın təşviqi üçün çalışmalıdır!
Və nəhayət, İTV hörmətli olmalıdır ki, sevilsin.
Pərviz Həşimli
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.