ain.az bildirir, Oxu.az portalına istinadən.
İsrail ordusunun Yəmənin Səna şəhərinə endirdiyi hava zərbəsi nəticəsində hazırda ölkəni faktiki idarə edən "Ənsar Allah" (husilər) hərəkatının baş naziri Əhməd Qalib ər-Rahavi öldürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" agentliyinə onun ailə üzvləri məlumat veriblər.
Qeyd olunub ki, İsrail qırıcılarının Sənanın cənubundakı Hadda bölgəsində evi bombalaması nəticədə "Ənsar Allah" hökumətin baş naziri Əhməd Qalib ər-Rahavi və onun dörd köməkçisi həlak olub.
Bildirilib ki, "Ənsar Allah" hərəkatı bir neçə saatdan sonra baş nazirin ölümünü rəsmən elan edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.