AZ

Şəmkirdə nasos stansiyasında baş verən qəza ilə bağlı AÇIQLAMA

Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci kilometrində hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub.

Bu barədə Day.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, Qəzanın baş verdiyi andan etibarən Şəmkir Maşın-Kanalının İstismarı İdarəsi tərəfindən dərhal tədbirlər görülüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər davam etdirilir.

"Məlumat üçün qeyd edək ki, boru vasitəsilə ötürülən su suvarma məqsədilə istifadə olunur və qəza nəticəsində nə əkin sahələrinə, nə də mülki şəxslərə hər hansı zərər dəyməyib. Ətrafa axan su nasos stansiyanın suqəbuledici qurğusuna istiqamətlənib", - deyə qeyd olunub.

Seçilən
18
28
day.az

10Mənbələr