BAKI, 25 iyul. TELEQRAF
Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529.4 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu, iyulun 1-i ilə müqayisədə 0.38% azdır.
Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə nisbətən 10.26%, son 1 ildə isə 16,75% artıb.
Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib. Bu nisbət iyul, iyun və mayın sonuna da 1,7%, ötən il dekabrın sonuna 1,5%, ötən il avqustun sonuna isə 1,7% olub.