Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya və Ukrayna ilə matçlar üçün heyəti açıqlayıb.
Offsideplus.az xəbər verir ki, açıqlanan heyətdə ən çox sual doğrudan mövqelərdən biri qapı xətti olub. Hazırda Misli Premyer Liqasının lideri olan "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov milli komandaya dəvət olunmayıb.
Bunun səbəbini F. Santuş açıqlayıb. O, təcrübəli qolkiperin viza məsələsinə görə yığmaya dəvət edilmədiyini açıqlayıb.
Eyni problem Albaniyanın "Partizani" klubunda çıxış edən Vüsal İsgəndərlidə də yaşanıb. O, da eyni səbəb görə milli komandaya qoşula bilməyəcək.