“Belə deyərdim: əvvəllər ruslar dörd vilayətin bütün inzibati sərhədlərini ələ keçirmək niyyətində idilər. İndi onlar, bir yer istisna olmaqla, bu tələblərdən əl çəkiblər və təmas xəttində qalırlar”, - Hakan Fidan vurğulayıb.
Diplomat bildirib ki, Türkiyədə Ukrayna və Rusiya arasında keçirilən danışıqların üçüncü raundunda ilk dəfə olaraq tərəflərin konkret mövqeləri təqdim edilib. Onun sözlərinə görə, daha sonra bu təkliflər ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçirilən görüşdə müzakirə olunub.
![]() |
Ukraynada 40 km-lik bufer zonası yaradılacaq? |
- Onların bunu söyləmələri və bunun təhlükəsizlik mexanizmi ilə təmin ediləcəyinə razı olmaları əslində həqiqətən vacib bir təklif deməkdir. Bu, dörd ilə yaxındır davam edən müharibəyə son qoymaq üçün zəmin yaradır. Amma bunun hər iki ölkənin, xüsusən də ukraynalıların qəbul etməsini çətinləşdirən məqamları var”, - Hakan Fidan vurğulayıb.
Diplomat əlavə edib ki, Donetsk vilayətinin itiriləcəyi təqdirdə Ukraynanın qalan əraziləri müdafiə etməsi xeyli çətinləşəcək. Türkiyəli nazir beynəlxalq təhlükəsizlik təminatlarının vəziyyəti sabitləşdirə və gələcək dialoq üçün şərait yarada biləcəyini də diqqətə çatdırıb.
Daha əvvəl mənbələrə istinad edən xarici KİV-lər də Moskvanın buna oxşar sülh şərtləri irəli sürməsibarədə xəbərlər yaysalar da, Rusiya hakimiyyəti bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, bundan əvvəl “Politico” nəşri bildiribki, avropalı diplomatlar və hərbi məmurlar Ukrayna və Rusiya mövqeləri arasında 40 kilometrlik bufer zonasının yaradılması imkanını müzakirə edirlər. Plana həmçinin atəşkəs rejiminə nəzarət etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi məramı davar.
Sahil İsgəndərov
AzVision.az