US Open tennis turniri davam edir.
Offsideplus.az xəbər verir ki, turnirdə Türkiyəni təmsil edən yeganə idmançı olan Zeynep Sönmez üçün mübarizə erkən başa çatıb.
O, ukraynalı Marta Kostyuka məğlub olub - 5:7, 7:6 (5), 3:6.
Kişilərin mübarizəsində əsas favoritlərdən olan Yannik Sinner yoluna davam edir. O, 2-ci turda Aleksey Popırini set vermədən məğlub edib - 6:3, 6:2, 6:2.
Aleksandr Zverev də asanlıqla 3-cü tura yüksəlib. O, Ceykob Fernlini hər setdə eyni hesabla - 6:4-lə keçərək növbəti mərhələyə yollanıb.