AZ

Rusiya Müdafiə Nazirliyi: Gecə ərzində 54 ədəd PUA vurulub

BAKI, 29 avqust. TELEQRAF

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri avqustun 29-na keçən gecə Ukraynaya məxsus 54 pilotsuz uçuş aparatını (PUA) məhv edib və ya ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Bryansk vilayəti ərazisi üzərində 18, Krım üzərində (işğal edilmiş Ukrayna ərazisi - red.) 10, Tver vilayəti üzərində 8, Oryol, Ryazan və Tula vilayətləri üzərində 2, Kursk, Kaluqa və Novqorod vilayətləri üzərində 1 ədəd PUA vurulub, daha 9 dron isə Qara dəniz hövzəsi üzərində məhv edilib", - məlumatda deyilir.

Seçilən
317
41
teleqraf.com

10Mənbələr