AZ

Hüsi hökumətinin başçısı aviazərbə nəticəsində həlak olub

RIA Novosti: Əhməd Galib ər-Rəhavi İsrailin Sənəyə endirdiyi zərbə zamanı ölüb...

Poliqon xəbər verir ki, Yəməndə şiə hərbi-siyasi hərəkatı “Ənsar Allah” (hüsilər) tərəfindən yaradılmış hökumətin baş naziri Əhməd Galib ər-Rəhavi İsrailin paytaxt Sənəyə endirdiyi aviazərbə nəticəsində həlak olub. Bu barədə "RİA Novosti" Agentliyinə ər-Rəhavinin ailəsinə yaxın mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail qırıcıları Sənənin cənubundakı Hadda rayonunda yerləşən evi bombalayıb. Nəticədə baş nazir də daxil olmaqla dörd nəfər, həmçinin onun bir neçə silahdaşı həyatını itirib.

Məlumatda bildirilir ki, “Ənsar Allah” rəhbərliyi ər-Rəhavinin ölümünü rəsmən elan etməyə hazırlaşır. O, ötən il avqustun 10-da hökumət başçısı təyin edilmişdi.

Xatırladaq ki, bundan bir gün əvvəl İsrailin “12-ci kanalı” müdafiə naziri və üsyançıların Baş Qərargah rəisinin də Sənəyə endirilən aviazərbələr nəticəsində məhv edildiyini ehtimal etdiklərini xəbər vermişdi. Telekanalın mənbəsi bildirib ki, şəhər ərazisində ondan çox zərbə endirilib və hədəf hüsi lideri Əbdül Malik əl-Husinin çıxışı üçün toplaşan yüksəkvəzifəli rəsmilər olub.

Poliqon.info

Seçilən
139
poliqon.info

1Mənbələr