Goranboy rayonunda iki bacını maşın vurub.
Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 2011-ci il təvəllüdlü Duyğu Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü Nəzrin Kərimova xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.
Hər iki bacının vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, bacılar səkidə hərəkət edən zaman “VAZ 2107” markalı avtomobil onları vurub.