AZ

Polşanın sabiq səhiyyə naziri Nedzelski restoran yaxınlığında döyüldü

Polşanın

Polşanın sabiq səhiyyə naziri Adam Nedzelski restoran yaxınlığında döyülüb. Bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Hadisə Siedlce şəhərində baş verib. Zərərçəkmiş şəxs Müqəddəs İoann adına Mazovetski vilayət xəstəxanasına yerləşdirilib.Şahidlərin sözlərinə görə, hücum zamanı cinayətkarlar eks-nazirin koronavirus pandemiyası dövründə qəbul etdiyi qərarları ucadan tənqid ediblər.Xəstəxananın baş həkimi Marius Mejusk qeyd edib ki, Nedzelskinin xəsarətləri ciddi olmayıb və o, qısa müddət sonra xəstəxananı tərk edib.Polis hücum edən şəxsləri saxlayıb. Onların 35 və 39 yaşlı iki kişi olduğu müəyyən edilib. Nedzelski bildirib ki, onu əvvəlcə yumruqla vurublar, sonra yerə yıxıb təpiklə zərbələr endiriblər.Hadisədən sonra Polşanın sabiq baş naziri Mateuş Moravetski polisə dərhal tədbir görməyi çağırıb.Ulusum.az

Diqqət Çəkənlər

ATƏT-in Minsk Qrupunun ləğvi üzrə layihə üzv dövlətlərə təqdim olundu

"Qarabağ" Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldi

Bakıda qadın hoteldə öldürüldü: Oğlu şübhəli bilinir

Seçilən
24
ulusum.az

1Mənbələr