AZ

"İşsizlik insanın dəyərini müəyyən etmir" - Psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə

İşsizlik adətən iqtisadi problem kimi dəyərləndirilsə də, onun insanların psixoloji sağlamlığına və sosial həyatına təsiri çox vaxt arxa planda qalır. Halbuki işsizliyin yaratdığı gərginlik yalnız fərdi hisslərlə məhdudlaşmır, icmaların sosial şüuruna da sirayət edir. Bu məsələnin həm fərdlər, həm də cəmiyyət üçün daşıdığı həssaslığı nəzərə alaraq, psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə etdik. Mütəxəssis işsizliyin insan psixikasında buraxdığı izlərdən, icmaların rolundan və çıxış yollarından danışdı.

– İşsizlik təkcə iqtisadi yox, həm də psixoloji bir problemdir. Sizcə, işsizlik insanların sosial şüuruna necə təsir edir?

İşsizlik insanın özünüifadəsini, dəyərini və cəmiyyətə faydalılıq hissini sarsıdır. Uzunmüddətli işsizlik insanda özünü dəyərsiz görmə, gələcəyə inamsızlıq, bəzən də aqressiya yaradır. Bu isə təkcə fərdin deyil, bütöv icmanın sosial şüurunda pessimizm, ümidsizlik və passivlik yaradır. İnsan özünü yalnız ailəsinin deyil, həm də cəmiyyətin yükü kimi görməyə başlayır.

– Uzunmüddətli işsizlik hansı psixoloji problemlərə səbəb ola bilər?

Depressiya, təşviş pozuntuları, özünə inamın azalması ən çox rast gəlinən nəticələrdir. Bundan əlavə, işsiz şəxslərdə sosial təcridə meyl artır. İnsan ünsiyyətdən uzaqlaşır, ictimai fəallığı azalır və, bu, sosial şüurun daralmasına səbəb olur. Digər tərəfdən, işsizlik icmalar arasında güvənsizliyi, hətta bəzən radikallaşma meyllərini də artırır.

– Belə vəziyyətdə icmaların fəallaşdırılması niyə vacibdir?

Aktiv icmalar işsizliyin yaratdığı mənfi emosiyaların qarşısını ala bilir. İnsan sosial dəstək aldıqda və birliyə qoşulduqda işsizlik onu tək başına məhv etmir. İcmaların güclənməsi həm sosial həmrəylik, həm də psixoloji davamlılıq yaradır. İnsan hiss edir ki, o tək deyil və cəmiyyətin bir parçasıdır.

– İcmaları fəallaşdırmaq üçün hansı yolları tövsiyə edərdiniz?

Seçilən
1
aznews.az

1Mənbələr