Salyan rayonunda bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Kür çayının Salyan rayonundan keçən hissəsində, Salyan şəhəri ilə Babazanlı yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 1938-ci il təvəllüdlü Əbülfəz İbrahimov Kür çayında boğularaq ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yaşlı kişinin körpüdən çaya düşərək boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.