AZ

Namiq Qaraçuxurlu hava limanında saxlanıldı

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu Rusiyaya gedərkən hava limanında saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Namiq Qaraçuxurlunun köməkçisi İlkin Şükürov məlumat verib.

O, qeyd edib ki, hadisə bu gün səhər saatlarında baş verib.

“Namiq Qaraçuxurlu Rusiyaya gedərkən təxminən 9 saata yaxın Şeremetyevo Beynəlxalq Hava Limanının əməkdaşları tərəfindən saxlanılıb. Mən isə 5 saat saxlanıldım. Lakin hazırda hər şey yaxşıdır və biz Rusiyadayıq”,-deyə meyxanaçının köməkçisi əlavə edib.

Qeyd edək ki, bu haqda ilk xəbəri Olay.az saytı yayıb.

Seçilən
3
4
axar.az

5Mənbələr