AZ

Yolu keçmək istəyən bacıları avtomobil vurub

Goranboyda avtomobil iki piyadanı vurub.

Hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub. Hər iki piyada xəstəxananaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qəzadan sonra “VAZ 2107 yolunun kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Seçilən
22
6
aznews.az

9Mənbələr