Venesiya Film Festivalında qırmızı xalıda boy göstərən Aynişan Quliyevanın tərzi müzakirə olunub.
“Armani Beauty”nin dəvətilə gecədə iştirak edən Ayni xalı üçün qara libas seçib. Ən çox diqqət çəkən isə influenserin aksessuarları olub.
OLAY-ın əldə etdiyi məlumata görə, Quliyevanın sırğaları, boyunbağı və üzüyü “Roberto Coin” brendinə məxsus olub. “Venetian princess collection” adlı dəstin qiyməti isə 80 min avrodur. (158 min 288 AZN – təxminən).
“Armani Beauty” Aynişanın fotosunu rəsmi hesabında paylaşıb. Brend gecəyə dünya şöhrətli aktrisa Keyt Blanşeti də sima kimi dəvət edib.

