AZ

"Qalatasaray" Vilfred Sinqonu transfer etdi

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa "Monako"sunun müdafiəçisi, Kot-d’İvuar millisinin üzvü Vilfred Sinqonun transferini rəsmiləşdirib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Qalatasaray" Monako klubuna 30,7 milyon avro transfer haqqı ödəyəcək. Bundan başqa, Sinqo gələcəkdə başqa kluba satılacağı təqdirdə transferdən əldə olunacaq gəlirin 10 faizi Monakoya veriləcək. Futbolçu İstanbul klubundan hər mövsüm üçün 4,8 milyon avro qarantiyalı maaş alacaq.

Seçilən
28
90deqiqe.az

1Mənbələr