AZ

"Qalatasaray"dan ayrılan futbolçu "Rizespor"da

"Qalatasaray"dan ayrılan Taylan Antalyalının yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Rizespor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin sabiq üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Taylan Antalyalı ötən mövsüm icarə əsasında "Bodrum"un formasını geyinib. Təcrübəli futbolçu Super Liqada meydana çıxdığı 24 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
31
1
sportal.az

2Mənbələr