Ukrayna, Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki hərbi obyektlərə endirdiyi zərbələrdən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
Xalqcebhesi.az xəbər verir ki,bu barədə RİA Novosti agentliyinə BMT-dəki mənbə məlumat verib.
“Ukrayna, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 34 və 35-ci maddələrinə əsasən, Təhlükəsizlik Şurasının təcili çağırılmasını istəyib”, – deyə mənbə bildirib.
Kiyevin tələbi ilə keçiriləcək iclasın dəqiq tarixi hələlik açıqlanmayıb. Ukrayna tərəfi bu çağırışın səbəbi kimi paytaxt Kiyevə edilən hücumları göstərib.
Məryəm Quliyeva