
Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxa bilər. Bu barədə Armenpress-ə istinadən ölkənin baş naziri Nikol Paşinyan məlumat verib.Onun sözlərinə görə, Ermənistanın həm Avropa İttifaqında, həm də Aİİ-də eyni vaxtda üzvlüyü mümkün deyil.“Biz anlayırıq ki, Avropa İttifaqı və Aİİ-də eyni zamanda üzv olmaq qeyri-mümkündür. Son seçimin anı gəldikdə, müvafiq qərarı verəcəyik”, – deyə Paşinyan bildirib.Baş nazir əlavə edib ki, bu qərar xalqın mövqeyindən, danışıqlar proseslərinin gedişindən, yaranmış vəziyyətin təhlilindən, həmçinin mövcud imkanlar və alternativlərdən asılı olacaq.Ulusum.az
Diqqət Çəkənlər
Yeniyetmələrdə «Pokerface»: dəb, yoxsa gizli kömək çağırışı?
ATƏT-in Minsk Qrupunun ləğvi üzrə layihə üzv dövlətlərə təqdim olundu
"Qarabağ" Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldi